top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
Təsadüf Azərbaycan nağılı
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 4 5 6 7 8 9 10 11 12 > >>

Biri varıydı, biri yoxuydu, Allahın bəndəsi çoxuydu. Bir şəhərdə bir vəzirgan varıydı. Bu vəzirgan həmişə uzax ölkələrə gedərdi. Alverdən qayıdıb gələndə, gəmiynən dəryadan keçəndə bir də gördü ki, gəmiyə bir şey dəydi. O saat dərya təlatümə gəldi, bir tufan qopdu, bir tufan qopdu ki, elə bil qiyamət qiyam elədi. Gəmi suyun üzündə o üzə, bu üzə elə yırğalanırdı ki, elə bil bu saat batacaydı. Vəzirgan bir də gördü suda bir baş öz-özünə deyir:
– Otuz doqquzunun boynunu vurmuşam, qırxıncını da vurummu?

Biri varıydı, biri yoxuydu, bir zalım padşah varıydı. Camaata o qədər zülm eləmişdi ki, hamı gecə-gündüz ona qarğış eləyirdi. Camaat o qədər qarğamışdı ki, padşah azara düşmüşdü, rəngi sapsarı, ölü rənginə oxşayırdı, üzü-gözü yupyumru şiş tökmüşdü, qarnında xərçəng peyda olmuşdu. Dünyada nə qədər həkim-təbib varıydı, hamısı gəlib baxmışdı, amma heç biri yaxşı eləyə bilməmişdi. Padşah gələn həkimlərin hamısıynan şərt bağlamışdı ki, əgər onu yaxşı eləsələr çoxlu ənam alacaxlar, yox, yaxşı eləyə bilməsələr onda boyunları vurulacax. Nə qədər həkim gəlirdisə, padşahın dərdinə əlac eləyə bilmirdi. Cəlladlar o saat həmin həkimlərin boynunu vururdular. Padşah o qədər həkim öldürtdürmüşdü ki, yekə bir qəbiristanlıx düzəlmişdi. Axırda xəbər gedib Loğmana çatdı ki, nə durubsan, dünyada həkim qalmadı, padşah hamısını qırıb tərk elədi. Loğman soraxlaşa-soraxlaşa düz gəldi padşahın yanına. Padşahnan şərt bağlayıb işə başladı. Loğman dedi:
– Şah sağ olsun, sənin qarnında xərçəng var. Mən səni sağaldaram, amma gərək oğlunun öldürülməsinə icazə verəsən. Sənin dərmanın oğlunun qanıdı. Padşah bu sözü eşidən kimi az qaldı dəli olsun, gözləri çıxdı kəlləsinə.

Biri var idi, biri yox idi, Allahın bəndəsi çox idi. Bir naxırçıynan arvadı var idi. Naxırçının arvadı ölüdən yaman qorxardı. Qonum-qonşularında qocadan-qoltaxdan ölən olsaydı, az qalırdı bunun bağrı çatlasın. Arvad günlərin birində ayağın yerə diriyib dedi:
– A kişi, gəl burdan köçək elə yerə gedək ki, oralarda ölüm-itim olmasın.

Raviyani əxbar, nağilani asar, şirin şəkər, xoş göftar, Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan, iki qoz, bir girdəkan.
Biri varıymış, biri yoxuymuş, bir padşah varıymış. Bu padşahın varı-dövləti, cahi-cəlalı həddən aşıbmış, amma övlad üzünə həsrət imiş, nə oğlu varıymış, nə də qızı. Gecə-gündüz fikirləşirmiş ki, mən öləndən sonra yerimdə kim padşahlıx eləyəcək. Odu ki, vəzirini çağırıb dedi:
– Sənə qırx gün möhlət verirəm, hardan olur-olsun gərək mənə bir oğul tapasan, tapmasan boynunu vurduracam.

Biri varıydı, biri yoxuydu, bir padşah varıydı. Bu padşah çox zülmkar, həm də yaman şorgöz idi. Harda bir gözəl gəlin, qız görsə ona aşiq olub tirtap yıxılarmış yerə. Tez vəzirini çağırtdırıb deyərmiş:
– Vəzir, nə olur-olsun, gərək o qızı mənə alasan.
Moltanı padşahının əcayib xasiyyətləri varıymış. Bir gün belə bir hökm veribmiş ki, hər kəs evlənsə qabaqca gərək aldığı qızı üç gün padşahın hərəmxanasında saxlasınlar, sonra evlənsin. Hər kəs bu hökmdən çıxarsa padşah onu odda yandırarmış.

Biri varıymış, biri yoxuymuş, keçmiş əyyamda iki qardaş varıymış. Qardaşların ikisi də padşahıymış. Böyük qardaş öz vilayətlərində, o biri qardaş da ayrı bir vilayətdə padşahlıx eləyirmiş. Bu iki padşahın heç birinin övladı olmurmuş. Günlərin bir günü böyük qardaş kiçik qardaşı qonax çağırdı. İki qardaş bu qonaxlıxda yeyib-içib şadlıq elədilər. Gecənin yarısı qonaxlıq qurtardı, adamlar hərə öz evinə getdi, təkcə iki qardaş qaldılar bir yerdə. Qardaşlar ikisi də bir-birinin üzünə baxıb ah çəkdilər. Kiçik qardaş dedi:
– Ey qardaş, əvvəlcə sən ah çəkdin, de görüm dərdin nədi?

Bəli, nağıl binasını qoyax yavaş-yavaş, olum qapında qulunan qarabaş, dövlətli vurar plova şapalax, kasıb tapmaz bir kasa bozbaş, hə, sizə nə söyləyim, kimnən danışım, qədim əyyamdan. Belə rəvayət eləyirlər ki, günlərin bir günündə biri varıymış, biri yoxuymuş, bir padşahın aman-zaman, gözünün ağı-qarası bircə oğlu varıymış, adına da Məlik deyərlərmiş.
Bir gün Məlik kəhər atına minib dərya qırağıynan gedirdi, bir də gördü ki, öz mehtərləriynən bir keçəl suyun qırağında dalaşırlar. Məlik bunları aralaşdırıb təpindi:
– Ə, nəyiniz artıx düşüb ki, bir-birinizi qırırsınız?

Biri varıymış, biri yoxuymuş, Allah varıymış, şəriki yoxuymuş, bir qarının bir keçəl nəvəsi varıymış. Bunlar çox kasıblıxnan dolanırlarmış. Qarı hər gün bir kələf ip əyirib verirmiş nəvəsinə ki, aparıb bazarda satıb soğannan çörək alsın. Yenə bir gün qarı bir kələf ip əyirib verdi keçələ ki, satıb çörək alsın. Keçəl kələfi götürüb gəldi bazara. Gördü yolun ortasında bir hay-küy var ki, gəl görəsən, adamlar bir-birinə qarışıb, hərənin əlində bir yekə dəyənək bir iti döyürlər. Yazıx it gah ora qaçır, gah bura, heç kim ona qahmar çıxmır. Elə qalıb zingildəyə-zingildəyə.

Biri var idi, biri yox idi, Allahın bəndəsi çox idi, bir kişiynən bir arvad var idi. Günlərin birində iş belə gətirdi ki, bu kişinin arvadı azarlanıb öldü. Həmin arvaddan Fatma adında yetim bir qızı, bir də oğlu qaldı. Kişi gördü ki, uşaqlara baxa bilməyəcək, odu ki, ayrı bir arvad aldı. Kişinin bu arvaddan da bir qızı oldu, amma bu, yaman kifir qız idi.

Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər köhnə hamam içində. Hamamçının tası yox, baltaçının baltası, burdan bir tazı keçdi, onun da xaltası yox. Qarışqa şıllaq atdı, dəvənin budu batdı. Milçək mindik Kür keçdik, yabaynan doğa içdik. Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri varıydı, biri yoxuydu, bir ovçu Pirim varıydı. Bunun işi-peşəsi sabahdan axşama kimi dağda-daşda, meşədə ovçuluq eləmək idi.

Səhifələr: << < 4 5 6 7 8 9 10 11 12 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo