Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Belə rəvayət eləyirlər ki, bir şəhərdə bir padşah var idi. Bu padşahın üç oğlu, bir də qardaşı var idi. Günlərin bir günündə padşah ömrünü bağışladı oğlanlarına. Üç qardaş qaldı yetim. Padşah öləndə vəsiyyət elədi qardaşına ki, bəs qızını verərsən mənim oğlum Məlikməmmədə.
Bəli, aradan bir neçə müddət keçəndən sonra Məlikməmməd əmisinin yanına gedib dedi:
– Əmi, atamın vəsiyyətinə əməl elə, qızını mənə ver.

Belə rəvayət edirlər ki, keçmişdə bir padşah varıdı. Bu padşahın üç oğlu, bir də üç qızı varıdı. Kiçik oğlunun adı Şəmil idi. Bir gün padşah azarlayır, ölüm döşəyinə düşür. Oğlanlarını yanına çağırıb deyir.
– Oğlanlarım, mənim sizə iki vəsiyyətim var. Biri budu ki, mən öləndən sonra üç gün mənim qəbrimi qoruyun. Birinci gün böyük oğlum, ikinci gün ortancıl oğlum, üçüncü gün balaca oğlum qəbrimin üstündə qarovul çəksin. İkincisi də budu ki, mənim elçi daşımın üstündə hər kim oturub qızımı istəsə, verərsiniz ona.
Oğlanları əllərini gözlərinin üstə qoydular. Bir neçə gündən sonra padşahın xəstəliyi şiddətlənib ölüm şərbətini içdi. Oğulları aparıb atalarını basdırıb evə qayıtdılar. Axşam padşahın balaca oğlu dedi:
– Atamızın vəsiyyətinə əməl etməliyik, böyük qardaş, bu gün sənin növbətindi. Get atamızın qəbrini qoru. Böyük qardaş cəld yaraqəsbabını geyinib, atına minib qəbiristanlığa tərəf yola düşdü.

Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi. Bir kişi var idi, bunun üç dənə qızı var idi. Günlərin bir günündə bu kişi hazırlaşırdı getsin bazara, çağırıb qızlarını soruşdu ki, balam, mən gedirəm bazara, deyin görüm, sizə nə alım gətirim.
Böyük qız dedi:
– Mənə bir dənə soğan qabığından köynək al!
Ortancıl qız dedi:
– Mənə bir dənə zər-qumaşdan çarğat al!

Biri var idi, biri yox idi, bir padşah var idi. bu padşah çox pul xərcləyib oğlanlarını oxutmuşdu. Oğlanlar öz zamanlarının dərslərini rəvan eləyib elm dəryası olmuşdular. Günlərin bir günündə xəbər çıxdı ki, oğlanlar dərslərini qurtarıb gəlirlər. Di şəhər bəzəndi, dəsgah... Oğlanlar gəldilər. Bir neçə gün keçəndən sora, padşah bir gecə böyük oğlunu yanına çağırıb, dedi:
– Oğul, daha oxuyub dərsinizi qurtardınız, elə mən də qocalmışam.
İstəyirəm sabahdan padşahlığı verəm sənə, ortancıl qardaşını sənə vəzir, kiçik qardaşını da vəkil təyin eləyirəm.
Oğlan doğrudan da çox ağıllı oğlan idi, dedi ki:
– Dədə, mən təzə gəlmişəm. Bütün ömrümü qürbətdə keçirmişəm.
Ona görə də camaatı, vilayəti necə dolandırmaq lazımdı, hələ bacarmaram.

 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo