top image
 
 
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: 1 2 > >>

Bir vardı, bir yoxdu. Bir dərviş vardı. Günnərin bir günündə yolnan gedirdi gördü bir keçəl aşıx-aşıx oynuyur. Amma saqqanı ha yannan qoşa-qoşa çıxardır. Dərviş dedi:

– Keçəl, peşən nədi sənin?

Keçəl dedi:

– Peşəm ələ bıdı ki, aşıx-aşıx oynaram, uşaxlardan aşıx uduram, aparıram onu da satıram, verirəm çörəyə, aparıram evə yeyərik.

Dərviş dedi:

Biri varmış, biri yoxmuş, bir qoca kişi varmış, onun bir qızı, bir oğlu varmış. Qoca hər gün gedir üç qardaş divin anbarından bir dağarcıq darı gətirər, onunla keçinərmişlər.

Bir gün divlərdən biri anbara baş çəkir, görür, oho, anbar yarıdan keçib. Gəlir qardaşlarına xəbər verir. Onlar belə qərara gəlirlər ki, hər gecə bir qardaş anbarda keşik çəksin. Püşk atırlar, əvvəl böyük qardaşa düşür. Böyük qardaşı yuxu aparır, kişini tuta bilmir. Ortancıl qardaş gecə yarısına kimi bir təhər oyaq qalır, lakin gecə yarısı onu da yuxu aparır, o da kişini tuta bilmir. Növbə kiçik qardaşa çatır. Deyirlər kiçik qardaş xəsis olur, yuxu aparmasın deyə barmağını kəsib, yerinə duz tökür. Barmağının göynəməsindən yata bilmir. Gecə yarıdan keçəndə qoca gəlir. Darını dağarcığına yığanda div bunu tutur, “Səni yeyəcəyəm” – deyir.

Bir bostançı var idi. Bu bostançı külfətini qarpız-yemişlə saxlayırdı. Hər il qarpız, yemiş, xiyar əkirdi, taxıla verib dolanırdı. Bir il bostan çox yaxşı bəhrə gətirdi. Bostançı arvadına dedi:
– Bu il bostanımız çox yaxşı bəhrə gətirib, qarpızın lap yaxşısından bir eşşək yükü tutub şıx oğlu Şah Abbasa aparacağam.

Biri vardı, biri yoxdu, bir sövdəgər vardı. Günlərin bir günündə bu sövdəgər səfərdən qayıdırdı. Yolda onu tozanaq tutub, iki gözlərini kor elədi. Sövdəgər evinə gəlib nə qədər dava-dərman elədisə, gözləri açılmadı. Bir gün bir qoca qarı onun yanına gəlib dedi:
– Ay, qadan alsın nənən, gözlərini açsam, mənə nə verərsən?
Sövdəgər dedi:
– Ay nənə, gözlərimi açsan, sənə yeddi torba qızıl verərəm.

Biri var idi, biri yox idi, yaradan var idi, bəndəsi yox idi. Barxudar adlı bir balıqçı vardı. Barxudar dəryadan balıq tutar, bazarda satıb dolanardı. Barxudar bir gün axşam tərəfi dəryaya tor atdı. Çoxlu balıq tutub bazara gətirdi, satdı. Sonra çayçıya gedib, yedi, içdi, tanış-bilişnən görüşdü.
Onun başı söhbətə qarışmışdı, bir də baxdı ki, gecədən çox keçib, qalxıb getdi. Barxudar qaranlıqda fikirləşə-fikirləşə gedirdi. Bir balaca boylu dərvişə rast gəldi. Dərviş Barxudara dedi:
– Niyə fikirlisən? Al, bu qızıl bıçağı apar, ver padşahın qızı Ülkərə. Muradına çatarsan.

Xasay adlı bir kasıb kişi vardı. Xasayın Ballı adlı bir arvadı, Fatma adlı bir qızı, Kavi adlı bir oğlu vardı. Xasay kişi kasıbkarlığnan külfətini dolandırdığı yerdə, birdən Ballı vəfat elədi. Xasayın evi, uşağı dolanmadığından gedib bir arvad aldı. Ay keçdi, il keçdi, bu arvadın keçəl bir qızı oldu.
Arvad ögey uşaqlarına çox əzab verirdi. Onların gününü göy əskiyə düymüşdü. Xasay çox çətinliklə uşaqlarını böyütdü. Qızı ərə gedəsi, oğlu arvad alası oldu. Bir gün arvad dedi:
– Ay kişi, indi Fatmaynan Kavi böyüyüb, özlərini dolandıra bilərlər.

Raviyani əxbar, nağilani asar, şirin şəkər, xoş göftar, Şah Abbas cənnətməkan, tərəziyə vurdu təkan, iki qoz, bir girdəkan.
Biri varıymış, biri yoxuymuş, bir padşah varıymış. Bu padşahın varı-dövləti, cahi-cəlalı həddən aşıbmış, amma övlad üzünə həsrət imiş, nə oğlu varıymış, nə də qızı. Gecə-gündüz fikirləşirmiş ki, mən öləndən sonra yerimdə kim padşahlıx eləyəcək. Odu ki, vəzirini çağırıb dedi:
– Sənə qırx gün möhlət verirəm, hardan olur-olsun gərək mənə bir oğul tapasan, tapmasan boynunu vurduracam.

Günlərin bir günündə Şah Abbas vəzirini çağırıb dedi:
– Vəzir, neçə aydı ki, seyrə çıxmamışam. Qoşun hazırlığı gör, tədarük elə, on günün səfərinə gedəcəyəm.
Vəzir Allahverdi baş əyib itaət elədi, çıxıb səfər tədarükü görməyə getdi. Bir neçə gündən sonra vəzir Allahverdi gəlib dedi:
– Qoşun hazırdı.
Şah Abbas atını minib düşdü qoşunun qabağına. Qoşun yavaşyavaş getməyə başladı. Nağıllarda mənzil tez başa gəlir. Az gedib, çox dayandılar, çox gedib az dayandılar, axırda gəlib çatdılar bir şəhərə. Bu şəhərdə bir nəfər tacir varıdı, bu tacirin bir arvadı, bir də naxırçısı varıdı. Bu naxırçının Banı adında gözəl bir qızı varıdı. Tacir naxırçı qızı Banını öz yanında saxlayırdı. Tacir eşitdi ki, şah Abbas gəlir, başladı şəhəri bəzəməyə. Banı, xanımından xəbər aldı ki, xanım, bu şəhəri niyə bəzəyirlər?
Xanım dedi:
– Şah Abbas şəhərə gəlib.


Raviyani əxbar, nağılan asar, şirin şəkkər, xoş göftar.
Dedim getmə qal,
Gəl ol abdal,
Mən olum diləfkar.
Dilimdən nə dedim yarə,
Eşq odunu bəyan eylə,
Ya məni öldür, qan eylə,
Ya seyrağıbı gözdən sal.
Şah Abbas cənnətməkan,
Tərəziyə vurdu təkan.
İki qoz, bir girdəkan.
Bəli, biri varımış, biri yoxumuş, bir Hindistan padşahı varımış. Bu padşahın dövləti-malı, cah-calalı o qədər imiş ki, bütün adamlar onu barmağnan göstərirmişlər. Bu padşahın iki oğlu varımış, birinin adı Ərkə, o birisinin də adı Cahangir imiş. Ərkə padşahın böyük oğlu idi, ancaq ağıldan bir qədər səfeh imiş. Balaca oğlu Cahangir isə qüvvətli, ağıllı, qanacaqlı, min adama cavab verə bilən bir oğlan imiş.

Biri var idi, biri yox idi. Yaradan bir idi, bəndəsi çox idi. Barxudar adlı bir balıqçı var idi. Barxudar dəryadan balıq dutar, bazarda satıb dolanar idi. Barxudar bir gün axşam tərəfi dəryaya tor atdı. Çoxlu balıq dutuf bazara gətirdi, satdı. Çayçıya getdi, yedi, işdi, tanış-bilişnən görüşdü.
Başı söhbətə qızışdı, bir də baxdı gecə-gecədən keçif. Qalxdı getdi. Barxudar qaranlıq çarşı ilən fikirləşə-fikirləşə gedir idi. Getdi, bir bala boylu dəvrişə rast gəldi yolda. Dərviş Barxudara dedi:
– Niyə fikirlisən? Al, bu qızıl pıçağı, apar ver paçcahın qızı Ülkərə, muradına çatarsan.
Dərviş bu sözü deyif qeyıba çəkildi. Barxudar pıçağı götürüf gəldi paçcah qızı Ülkərin yanına. Pıcağı verdi Ülkərə. Ülkər dedi:
– Xalaoğlu Barxudar, gəldinmi?
– Gəldim, paçcah qızı, gəldim.

Səhifələr: 1 2 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo