|
Təsadüf Azərbaycan nağılı
|
Əlcək. Ukrayna nağılıBir baba meşə ilə yol gedirdi, onun dalınca balaca bir it qaçırdı. Baba az getdi, çox getdi, əlcəyini düşürdü. Bir siçan əlcəyi gördü, içinə girdi və dedi: - Mən burda yaşayacam. Bu vaxt bir qurbağa – hop-hop - hoppanıb gəldi və soruşdu: - Əlcəkdə kim yaşayır? - Mən hər şeyi gəmirən siçanam! Bəs sən kimsən? - Mən isə hər yerə hoppanan qurbağayam. Olar gəlim? - Gəl! İndi onlar iki nəfər oldular. Birdən dovşan qaçıb gəldi. Əlcəyə yaxınlaşdı, soruşdu: - Əlcəkdə kim yaşayır? - Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa. Bəs sən kimsən? - Mən ora-bura qaçan dovşanam. Məni də buraxın! - Gəl! İndi üç nəfər olduar. Yaxınlıqdan tülkü qaçırdı: - Əlcəkdə kim yaşayır? - Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan. Bəs sən kimsən? - Mən isə quyruğu ala tülkü xalayam. Məni də buraxın! İndi onlar dörd nəfər idilər. Gördülər ki, bir canavar qaçır, özü də əlcəyə tərəf gəlir. Canavar soruşdu: - Əlcəkdə kim yaşayır? - Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala. Bəs sən kimsən? - Mən ağzı qara canavaram. Məni də buraxın! - Yaxşı gəl! Canavar da özünü içəri saldı. Beş nəfər oldular. Birdən hardansa bir qaban peyda oldu. - Xor-xor-xor, əlcəkdə kim var? - Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar. Bəs sən kimsən? - Mən vurub yıxan qabanam. Məni də buraxın! Bu nə işdir, hamı əlcəkdə yaşamaq istəyir. - Sən bura girə bilməzsən! - Birtəhər girərəm, buraxın! - Neyləmək olar, gir! - Qaban da içəri girdi. İndi altı nəfər oldular. Elə darısqallıq idi ki, tərpənə bilmirdilər! Birdən ağaclar şaqqıldadı, meşədən bir ayı çıxdı. Î da əlcəyə yaxınlaşdı, böyürməyə başladı: - Əlcəkdə kim yaşayır? - Hər şeyi gəmirən siçan, hər yerə hoppanan qurbağa, ora-bura qaçan dovşan, quyruğu ala tülkü xala, ağzı qara canavar, vurub yıxan qaban. Bəs sən kimsən? - Ah, ah, ah! Necə də çoxsunuz! Mən də ayı dayıyam. Məni də buraxın! - Səni necə buraxaq? Heç üzümüz tərpənə bilmirik. - Birtəhər! - Gəlirsən, gəl! Amma ehtiyatla! Ayı da üzünü əlcəyə saldı. Yeddi nəfər oldular. Özü də elə darısqallıq idi ki, əlcək az qala cırılacaqdı. Bu vaxt baba xəbər tutdu ki, əlcəyini itirib. Î əlcəyini axtarmağa başladı. İti özündən də qabağa qaçdı. Az qaçdı, çox qaçdı, gördü ki, əlcək yerdədir, özü də tərpənir. İt hürməyə başladı: - Hav-hav, hav! Heyvanlar qorxdular, əlcəkdən çıxıb hərə bir tərəfə qaçdı. Âaba isə yaxınlaşıb əlcəyini yerdən götürdü. Səhifələr: 1
|
