Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 13 14 15 16 17

Biri vardı, biri yoxdu, bir Fatı qarı vardı. Bu qarının da bir keçəl oğlu var idi, adına da Keçəl Məhəmməd diyərdilər.
Fatı qarının sənəti çərçilərdən nisyə pambıq gətirib, onnan ipliy əyirirdi, aparıb bazarda satardı. Mayasını çərçilərə verərdi, qalanına da birəz çörək, bir az soğan alardı. Nənə-bala yeyib dolanardılar.
Bir gün Keçəl Məhəmməd bazara çıxmışdı. Gördü elə yaxşı kişmiş satıllar ki, ağzının suyu başdadı axmağa. Amma bir pulu da yoxudu ki, bir şey alsın. Başın qarıtdıya-qarıtdıya gəldi əvlərinə. Gördü nənəsi əvdə yoxdu. Fürsət tapıb girdi içəri. Fatı qarı ipliyi kələf-kələf qayırıb asmışdı göydən. Məhəmməd tullanıb kələfin birin alıb qoydu qoynuna, üz qoydu bazara, gəlib bir baqqalın dükanının qabağında boynunu büküp durdu.

Biri var idi, biri yox idi. Üç qardaş var idi. Bıların bir də bir bacısı vardı. Bı qardaşlar söydəyərlik edirdilər. Bir gün bılar söydəyə getmişdilər. Qız da düyü arıtdıyırdı ki, xörək bişirsin. Gördü ki, düyünün içində bir göy mıncıx var. Mıncığı götürüb ağzına qoydu. Nə təhər oldusa, özün unudub, mıncığı uddu. Bir müddət keçənnən sora bı qız gördü ki, hamilədi. O saat başa düşdü ki, hər nə əngəl oldusa, həmən göy mıncıxdan oldu. Bilmədi neynəsin.
Bını bırda qoyax, sizə kimnən xəbər verim, qızın qardaşdarınnan. Bılar söydaların qurtarıp evə döndülər. Gördülər ki, bacılarının qarnı şişip, ağzına dəyir.

Biri vardı, biri yoxdu. Allahın aciz bəndəsi çoxdu. Onların biri də bizim Kür qırağında yaşayan Əlmərdan kişiydi. Bu yazığın əli xamırlı, qarnı ac idi. Ha iştərdi, şumlardı, əkərdi, malalayardı, becərib məhsulu başa gələndə bəy bir yannan, koxa bir yannan, borclu bir yannan bunun məhsulunu xırmanda qurtarardılar. Payız gələndə, kişi təzədən düşərdi qapı-qapı borc dilənməyə. Tikan qırıb satardı, meşədən odun oğurlayıb satardı. Elə ac idi ki, ac.

Səhifələr: << < 13 14 15 16 17
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo