top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 10 11 12 13 14 15 16 17 18 > >>

Bir gün altı dul arvad bir yerdə toplaşdılar. Bunların biri təklif edir ki, gəlin hər birimiz öz başına gələni söyləsin.
Arvadlar bu təklifə razı oldular. Əvvəlinci arvad başlayır:
– Bir gün ərim xeyli qoyun quyruğu almışdı. Mən də biləgimi çirməyib bunu əritdim. Yağını küpələrə doldurdum, cızdağını beş-altı gün yedik. Baxdım gördüm ki, bu cızdax qurtarası deyildir. Götürüb bundan bir yastıq tikdim. Bir gün ərim həmən yasdığı başının altına qoyub yatmışdı. Bir vəqt gördüm ki, kişinin başının ortasında bir qurd var. Kişini yuxudan oyatmaq istəmədim. Tez gedib bir ağac gətirdim ki, qurdu öldürəm. Ağacı vuranda qurd öldüsə də, kişinin başı yarıldı.
Kişi qorxmuş yuxudan qalxıb əhvalatı biləndən sora məni bərk döydü, özümü də boşadı.
İkinci arvad deyir ki:
– Ay bacım, sənin namhala bir təqsirin varmış, amma mənim ərim məni lap təqsirsiz boşadı. Bir gün kişi evə bir araba qənd gətirmişdi.

Keçmiş zamanda bir kişi varmış. Bir gün bu kişi bazardan bir çuval buğda alıb evinə gətirib övrətinə deyir:
– Arvad, bu buğdanın adını qoyaq rəməzan. Allah qoysa, rəməzanda yiyərik.
Böylə deyib, kişi gənə bazara qayıdır. Bu yolda bir dilənçi gəlirmiş.
Arvad bundan xəbər alır:
– Ay əmi, sənin adın Rəməzandırmı?
Dilənçi fikir edir ki, yəqin bunda bir iş var. Cavab verir ki:
– Bəli, mənim adım Rəməzandır.
Arvad bunu eşitdikdə deyir:
– Sənin bizdə bir çuval buğdan var, gəl verim apar.
Kişi səvinə-səvinə buğdanı dalına alıb götürüb gedir. Bir saatdan sora arvadın əri bazardan evinə qayıdır. Arvad kişisinin qabağına yüyürüb deyir:
– Ay kişi! Rəməzan gəlmişdi, buğdanı verdim apardı.
Kişi təəccüb edib deyir:
– Arvad, Rəməzan kimdir? Buğdanı kimə verdin?

Gülüzarı-məlahətdə gözüm bir gülə düşdü, Alxala siya sünbülə düşdü.
Əfsus, dərdim dildən-dilə düşdü, Hər aşiqi-sevda özün yara yetirdi. İğval zəmin oldu, bizimki də belə düşdülər.
Həkan-həkan içində,
Qoz girdəkan içində,
Dəvə dəlləklik elər,
Köhnə hamam içində.
Milçək mindik Kür keçdik, yabaynan dovğa içdik.

Biri vardı, biri yoxdu. İki qardaş vardı, böyük qardaşın adı Salah, kiçik qardaşın adı Valah. Bular İsfahanda olurdular. Buların hər ikisi böyük, addı şəyirdlərdilər. Bular sınıx düşdülər, kasıb oldular ki, ta nətər.
Bir gün Salah Valahı çağırıb dedi:
– Qardaş, gəl burdan yığışaq bir şəhərə gedək abrımız açılmasın, ayıpdı.
Burdan yığışdılar, yavaş-yavaş getməyin binasını qoydular. Az getdilər, çox getdilər, dərə-təpə düz getdilər, çıxdılar bir şəhərə. Soruşdular ki, bura hankı şəhərdi?

Biri var imiş, biri yox imiş, bir arvadın Haxnəzər adında qorxaq bir əri var imiş. Bu kişi tülküdən o qədər qorxarmış ki, evdən eşiyə çıxmaz imiş. Arvadı gedib qazanırmış, bu da rahat yeyərmiş.
Bir gün arvad ərindən qonşu arvadlarına şikayət edirdi. Bir arvad buna söyləyir:
– Get, iki girvənkə kişmiş al. Gətirib darvaza qapısının eşiyindən başlıyaraq evin qapısına kimin tökərsən və sora kişiyə deyərsən ki, ay kişi, eşiyə kişmiş tökülüb gəl yığaq və birdən itələyib darvazadan eşiyə salıb bağlarsan. Onda əlacı kəsilib gedib pul qazanar.
Arvad gedib iki girvəngə kişmiş alır, darvazanın eşiyindən evin qapısına kimin tökür. Sora gəlib kişini tavlayıb kişmiş yığmağa başlayırlar.
Darvazaya yetişəndə birdən itələyib kişini küçəyə salıb bağlayır.

Biri varmış, biri yox imiş, bir qoca qarı var imiş. Bu qarının bir balaca oğlu var imiş. Bu uşaq o qədər balaca imiş ki, buna Cırtdan diyərlərmiş. Bir gün Cırtdan gördü ki, qonşuların uşaqları meşəyə oduna gedirlər. Gəlib anasına deyir, ay ana, uşaqlar ilə mən də oduna gedəcəyəm.
Qarı uşaqları çağırıb hər birinə bir parça yağ yaxması verib, Cırtdanı onlara tapşırdı.
Uşaqlar meşəyə gedib odun topladıqdan sora görürlər ki, Cırtdan odun toplamayır, ona deyirlər:
– A Cırtdan, sən niyə odun toplamayırsan?
Cırtdan cavab verir:
– Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu toplayasınız.
Uşaqlar bunun da odununu toplayırlar və sora hər kəs öz odununu yükləyib yola düşmək istəyəndə gördülər ki, Cırtdan oturub baxır.
Buna deyirlər:
– A Cırtdan, sən niyə odununu yükləməyirsən?
Cırtdan cavab verdi:
– Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu gətirəsiniz.
Uşaqlar əlacsız qalıb bunun da odunun gətirirlər. Bir az yol getdikdən sora görürlər ki, Cırtdan geridə qalıb ağlayır. Buna deyirlər:
– A Cırtdan, niyə ağlayırsan?

Səfər adlı bir yoxsul kişi var idi. Səfər kişinin bir oğlu, bir arvadı var idi. Bir də var-dövlətdən bir inəyi var idi. Səfər kişinin peşəsi çöldən biyan çıxardıb satıb külfətini dolandırmaq idi.
Səfər kişi bir gün genə çölə biyan çıxartmağa getmişdi. Çöldə biyan qazanda, gördü biyanın dibində bir qızıl ilan yatır. Qızıl ilan səfər kişini görüb ayıldı, dedi:
– Ay kişi, bı biyan qazıyıb satmaqnan gündə neçə qazanırsan?
Səfər kişi köksünü ötürüb dedi:
– Ay başına dönüm, gündə bu biyan qazımaq ilən ikicə şahı qazanıram.
İlan dedi:
– Gündə iki şahı qazanmaq ilən külfətini necə dolandıra bilirsən?

Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yolnan gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər bırda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söydün lap başında durdu. Qoyun da gücün-gücün çıxıb bir qanatda durdu. Dana da bir qanadın üsdə özün sərdi.
Bu dəkkədə bir canavar gəldi çıxdı bıra, başın qalxızdı gördü bir keçidi, bir qoyundu, bir də bir danadı. Ağaca çıxırlar. Canavar baxdı, o saat dana qorxusunnan uçundu özün ağacda saxlıya bilmədi. Tappıltıynan düşdü yerə. Canavar isdədi dananı parçalayıb yesin. O saat keçi ağacda çığırdı.
– Dana qardaş, bərk tut canavarı gəldim.
Canavar qorxudan bəyaqdı, götürüldü.

Biri vardı, biri yoxdu, Allahdan başqa heç kim yoxdu. Bir gün Cikcik xanım qara tikan çəpərinin üstə qonub çik-çik edə-edə bu tikandan o biri tikana, o tikandan bu tikana atılıb oynuyurdu. Qoca qarı da qapıda təndir odlayırdı. Birdən Cik-cik xanımın ayağına bir tikan batdı. Cik-cik xanım başladı ağlamağa. Qarı nənə dedi:
– Ay Cik-cik xanım, niyə ağlayırsan?
Cik-cik xanım cavab verdi ki:
– Ay qarı nənə, ayağıma tikan batıb, gəl bunu çıxart.
Qarı gəlib sərçənin ayağının tikanın çıxardıb atdı təndirə. Bir az keçəndən sora Cik-cik xanım bir o yana-bir bu yana uçub dedi:
– Qarı nənə, mənim tikanımı ver özümə.
Qarı nənə cavab verdi:
– Hardan alım? Atdım təndirə, yandı.

Biri vardı, biri yoxdu, bir tülkü vardı. Bu tülkü bir gün girrənə-girrənə gedirdi. Gördü bir armud ağacı var. Bunun dibi elədi ta nətər, armuddar bütün saralıb dəyib tökülüb dibinə. İrəli gəldi gördü, armud ağacının dibində bir adam oturub elə yanına düşəni yeyir, gen düşəni götürmür. Tülkü irəli yeridi, gəldi bunun yanına.
– Salam əleyküm.
– Əleykəssalam.
Tülkü bı kişidən soruşdu:
– Sənin adın nədi?
Kişi dedi:
– Adım Armud bəydi.
Tülkü baxdı gördü, bı adam o qədər tənbəldi ki, ərindiyinnən durub, birəz aralı tökülən armuddarı yemir. Elə yanına düşəni yeyir, gen düşənə də qalır baxa-baxa. Tülkü buna dedi:
– Bilirsən nə var, Armud bəy?

Səhifələr: << < 10 11 12 13 14 15 16 17 18 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo