Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

İsfahan şəhərində bir Xacə Fəttah varıdı. Bunun bir oğlu varıdı ki, adına Xacə İbrahim deyərdilər. Xacə Fəttah qırx sövdəgərin böyüyüydü.
Bir gün sövdəgərlər yığışıb dedilər:
– Nə vaxta kimi evdə oturaq?! Gəlin gedək Yəmən vilayətinə alverə.
Yəmən vilayətində Xacə Fəttahın bir bacısı varıdı. Xacə Fəttah onlara dedi:
– Mən daha qocalmışam, gedə bilmərəm.
Sövdəgərlər dedilər:
– Neynək, indi ki sən gedə bilmirsən, gətir oğlunu bizə qoş. Eybi yoxdu, indiyətən bizim böyüyümüz sən olmusan, indi də oğlun olsun.

Biri varımış, biri yoxmuş, Allahdan başqa heç kim yoxdu. Bir qoca kişi vardı, bunun da bir arvadı vardı. Günnərin bir günü bı arvad dedi:
– Əşi, gəl sən get Məkkiyə, Xorasana ziyarat elə, bu ömrüyün axır çağında.
Kişi buna razı oldu.
Dedi:
– Arvad, onda sən dur, birəz yol ehtiyatı gör.
Arvad durdu cücədən-zaddan bişirdi, xəmir qatıp fətir bişirdi.
Qabladı xurcuna. Gecə yatdılar. Bı arvad da boyluydu. Səhər kişi durdu, arvadın durğuzdu. Dedi:
– Arvad, mən gedirəm. Oğlum olar, saxlarsan, əyər qızım olarsa, başın kəsip, qanın doldurarsan şüşüyə, saxlarsan mən gələnə.
Arvad dedi:
– Yaxşı.

 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo