top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 1 2


Biri var imiş, biri yox imiş, bir padişahın üç oğlı var imiş. Böyük oğlının adı Məlik Cəmşid, ortancıl oğlının adı Məlik Əhməd, kiçik oğlının adı Məlik Məhəmməd. Bu padişah öləndə oğlanlarını yanına çağurub, onlara belə bir vəsiyyət edir:
– Mən öləndən sora Məlik Cəmşid, ondan sora Məlik Əhməd və ondan sora Məlik Məhəmməd padişah olsun, məmləkətin hər bir səmtinə getməgə ixtiyarınız var. Əmma, filan dağın o tərəfinə getməyin ki, axırda zərər çəkərsiniz.
Padişah öləndən sora Məlik Cəmşid padişah olur. Bir gün Məlik Cəmşid qoşun götürüb ava çıxır. Nə qədər dolanırsa, əlinə bir şey keçməyür ta ki, gəlib atası vəsiyyət etdigi dağı aşır. Bu halda bunların qabağına bir maral çıxır. Məlik Cəmşid qoşun əhlinə söyləyir ki, mən bu maralın dalıncə gedəcəyəm, üç gün məni bayırda gözləyin. Bu müddətdə gəlməsəm onda gedüb Məlik Əhmədi özünüzə padişah edərsiniz.

Biri vardı, biri yoxdu. Yunan şəhrində bir Məhmət Həsən adında paçcah vardı. Bının qonşusunda da bir naxırçı vardı. Bılların hər ikisinin də övladı yoxdı, nə paçcahın, nə də naxırçının. Bı paçcah fikirləşirdi ki, bir belə torpağım, bir belə dövlətim ola, bir övladım olmıya ki, barı ona sahıp ola. Gün çıxannan gün batana cəmi paçcahlar mənnən qorxur.
Gecə yatmışdı. Aləmi-vaqiyədə gördü ki, bına deyillər: “Ey paçcah, səhər sühb namazınnan qabax dur get çarhovuzun başına. Orda suyun üzündə bir alma üzür. Onı gətir qoy xonçıya, ortadan tən böl.
Yarısın ver qonşun naxırçıya, arvadıynan yesin, yarısın da özün hərəminnən ye”.

Səhifələr: << < 1 2
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo