Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Günlərin bir günü Loğman ilə şəyirdi səyahət eləyə-eləyə bir şəhərə gəldilər. Onlar mənzil tutub rahatlanandan sonra, Loğman şəyirdini bazara göndərdi ki, çörək, yağ, şor alıb gətirsin. Şəyird bazara gedib yağın qiymətini xəbər aldı.
Ona dedilər:
– Batmanı yüz dinardı.

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşah günlərin bir günündə bərk xəstələndi. Bir gün, beş gün, on gün habelə, padşah böyük oğlunu çağırıb dedi:
– Oğul, mən ölürəm, kiçik mücrüdə bir ləl var, onu bağışladım sənə.
Böyük oğlunu belə yola saldı. Sonra çağırtdırdı ortancıl oğluna dedi:
– Oğul, mən ölürəm, kiçik mücrüdə bir ləl var, gedib götürərsən, dar günündə satıb xərcləyərsən.
Bunu da belə yola saldı. Lap axırda çağırtdırdı kiçik oğlunu dedi:
– Oğul, mən ölürəm, balaca mücrüdə bir ləl var, götürərsən.

Biri varıydı, biri yoxuydu, bir zalım padşah varıydı. Camaata o qədər zülm eləmişdi ki, hamı gecə-gündüz ona qarğış eləyirdi. Camaat o qədər qarğamışdı ki, padşah azara düşmüşdü, rəngi sapsarı, ölü rənginə oxşayırdı, üzü-gözü yupyumru şiş tökmüşdü, qarnında xərçəng peyda olmuşdu. Dünyada nə qədər həkim-təbib varıydı, hamısı gəlib baxmışdı, amma heç biri yaxşı eləyə bilməmişdi. Padşah gələn həkimlərin hamısıynan şərt bağlamışdı ki, əgər onu yaxşı eləsələr çoxlu ənam alacaxlar, yox, yaxşı eləyə bilməsələr onda boyunları vurulacax. Nə qədər həkim gəlirdisə, padşahın dərdinə əlac eləyə bilmirdi. Cəlladlar o saat həmin həkimlərin boynunu vururdular. Padşah o qədər həkim öldürtdürmüşdü ki, yekə bir qəbiristanlıx düzəlmişdi. Axırda xəbər gedib Loğmana çatdı ki, nə durubsan, dünyada həkim qalmadı, padşah hamısını qırıb tərk elədi. Loğman soraxlaşa-soraxlaşa düz gəldi padşahın yanına. Padşahnan şərt bağlayıb işə başladı. Loğman dedi:
– Şah sağ olsun, sənin qarnında xərçəng var. Mən səni sağaldaram, amma gərək oğlunun öldürülməsinə icazə verəsən. Sənin dərmanın oğlunun qanıdı. Padşah bu sözü eşidən kimi az qaldı dəli olsun, gözləri çıxdı kəlləsinə.

Bir paçcah var idi. Bir arvadı var idi. Paçcahın Lala adlı bir oğlu, Nərgiz adlı bir qızı var idi. Lala, Nərgiz böyümüşdülər. Birdən anaları öldü. Ataları getdi bir qız aldı. Qızın paçcaha ürəgi yox idi. Paçcah qoja idi. Günlərin bir günü Lala, Nərgiz analıqlarını görməgə gəldilər.
Axşam çıxıb gedəndə analıx dedi:
– Nərgiz sən get, Lalaya deyəjək sözüm var.
Nərgiz getdi, Lala qaldı, analıq dedi:
– Lala! Mən səni deyif gəlmişəm. Yoxsa, qoja atannan ötrü uç-murdum ki... İndi gərək mənnən başbirlik eləyəsən. Yoxsa əlimi qan eləyib yaxana çəkəjəm.
Lala analığından bu sözü eşidəndə bir elə şillə onun ağzının üstündən vurdu ki, ağzının-burnunun qanı bir-birinə qarışdı. Yıxıldı, yerə.
Yerdən qalxdı, ağzı-burnu qannı gəldi paçcahın yanına. Dedi:
– Taxtın tarac olsun, yəhərin qannan dolsun, bu necə oğuldur saxlayıbsan, mana əl atdı. Əl vermədim deyə məni bu kökə qoydu.

 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo