Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Günlərin bir günündə el dağdan arana köçürdü. Bir keçi, bir dana, bir qoyunun bundan xəbəri yox idi. Özlərini xəlvət bir yerə verib otlayırdılar.
Heyvanlar bir vaxt başlarını qaldırıb gördülər ki, lələ köçüb, yurdu qalıb; bir-birinin üzünə baxdılar. Dana ağlayıb dedi:
– Keçi qardaş, qurd gəlib bizi yeyəcək. Tez bir çarə elə.

Biri var idi, biri yox idi, bir Hacı var idi. Bir günləri Hacı arvadına dedi:
– Ay arvad, gəl hazırlaşaq, gedək Kərbəlaya.
Arvad razı oldu. Bunlar hazırlaşıb getməkdə olsun, sizə kimnən xəbər verim, Hacının qızlarınnan. Hacının üç qızı var idi. Bu qızlar eşitdilər ki, ataları Kərbəlaya gedir, o saat böyük qız bir yemiş, ortancıl qız bir heyva, kiçik qız da bir alma atalarına göndərdilər ki, ata, bunlar yetişib, saralıb çürüyəndə bil ki, biz ərə getdik.

Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvə nin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan.
Günlərin bir günündə, sizə kimdən xəbər verim, şah oğlu Şah Abbasdan. Bir gün Şah Abbas oturub vəzir Allahverdi xanla şam eləyirdi. Birdən xörək boğazında qaldı. Üzün tutub vəzir Allahverdi xana dedi:
– Ey vəzir Allahverdi xan, nəysə mənim şəhərimdə bir iş var, ya ac qalan, ya da bir çətin işə düşən var, xörək boğazımdan getmir. Dur ayağa, dərvişlibas olaq, bir şəhəri dolanaq.
Hər ikisi durub padşahlıq, vəzirlik paltarını çıxardıb bir dəst dərviş libası geyindilər. Kəşküllərini qızılla doldurub düşdülər şəhərə gəzməyə. İsfahan – nisfi-cahan (Dünyanın yarısı) deyirlər, çox böyük şəhərdi. Şah Abbasla vəzir Allahverdi xan gəzə-gəzə gəlib çıxdılar bir küçəyə. Burda bir imarət var idi. Şah Abbasın öz imarətindən yaxşı idi. Şah Abbas imarətə yaxınlaşanda, üzünü vəzir Allahverdi xana tutub dedi:
– Ey vəzir Allahverdi xan, bilirsən nə var?

Bir kişiynən bir arvad varıymış. Arvadın adı Hillilim, kişinin adı Güllülüm iymiş. Bunların aman-zaman gözlərinin işığı bircə qızları varıymış. Qızlarını gəlin köçürüblərmiş, amma çoxdanıymış ki, ondan xəbərləri yoxuymuş.
Qızın dədəsi bir gün arvadına deyir:
– Ay Hillilim, qızımızı köçürdük getdi, amma heç bilmirik necə dolanır, gəl bir gün gedək görək başına nə iş gəlib, necədi.

Biri varıdı, biri yoxudu. Çox böyük şəhərlərin birində dövlətli bir tacir varıdı. Bu tacir səhər çörəyini yeyəndən sonra həmişə bazaar gedərdi ki, görsün təzə nə cür mallar satırlar, alış-veriş necə gedir. Həmişə bazarda nə cür yaxşı mal satılsaydı, hamısı bu tacirin evində tapılardı. Bir gün yenə tacir bazardan çoxlu mal almışdı. Bu malın hamısını bir sandığa yığıb, getdi bir hambal axtarsın ki, gəlib bu şeyləri arabaya yığsın, küçə qapısından da evə daşısın.
Bir az gəzəndən sonra gördü ki, bir hambal oturub. Tacir əl eləyib çağırdı:
– Ay hambal, gəl bu şeyləri arabaya yığ, apar evə, orda arabadan götürüb qoyarsan evə.
Hambal Əhməd gəldi. Bir ora baxdı, bir bura baxdı, bir də şeylərə baxdı, dedi:
– Qoy bu şeyləri mənim dalıma.

Biri varıdı, biri yoxudu, Hatəm adlı bir dövlətli varıdı. Hatəm çox səxavətli, əliaçıq, fağır-füqəranı dost tutan bir adam idi. O, yeddi yolun ayrıcında bir imarət salmışdı, imarətə qırx qapı qoymuşdu. Qullarına, kənizlərinə tapşırmışdı ki, bura gələnlərə hər qapıdan girəndə bir qızıl versinlər. Belə ki, bura gələn hər adam qırx qızıl alırdı.
Günlərin bir günündə bir dərviş oxuya-oxuya gəldi Hatəmin imarətinə. Adətə görə, hər qapıdan girəndə bir qızıl aldı. Elə ki gəldi çıxdı qırxıncı qapıya, gördü ki, həmin otaqda Hatəm özü əyləşib. Dərviş başladı oxumağa. Hatəm gördü bu çox yaxşı dərvişdi, çox da yaxşı səsi var. Quluna dedi:
– Get baba, dərvişə de ki, zəhmət çəkib buyursun içəri.

Biri var imiş, biri yox imiş, bir arvadın Haxnəzər adında qorxaq bir əri var imiş. Bu kişi tülküdən o qədər qorxarmış ki, evdən eşiyə çıxmaz imiş. Arvadı gedib qazanırmış, bu da rahat yeyərmiş.
Bir gün arvad ərindən qonşu arvadlarına şikayət edirdi. Bir arvad buna söyləyir:
– Get, iki girvənkə kişmiş al. Gətirib darvaza qapısının eşiyindən başlıyaraq evin qapısına kimin tökərsən və sora kişiyə deyərsən ki, ay kişi, eşiyə kişmiş tökülüb gəl yığaq və birdən itələyib darvazadan eşiyə salıb bağlarsan. Onda əlacı kəsilib gedib pul qazanar.
Arvad gedib iki girvəngə kişmiş alır, darvazanın eşiyindən evin qapısına kimin tökür. Sora gəlib kişini tavlayıb kişmiş yığmağa başlayırlar.
Darvazaya yetişəndə birdən itələyib kişini küçəyə salıb bağlayır.

Biri var idi, biri yox idi. Bir padşah var idi. Bu padşahın bir bağı var idi ki, ruzigarın gözü belə bir bağ görməmişdi. Gül gülü çağırır, içindən göz yaşı kimi çeşmələr axırdı. Bağın içində padşah dünyanın hər tərəfindən cürbəcür ağaclar gətirdib, əkdirmişdi Qərəz, nə deyim, bağda can dərmanı desəydin vardı. Bu bağın şöhrəti bütün ətrafa yayılmışdı. Dünyanın hər tərəfindən dəstə-dəstə adamlar bu bağın tamaşasına gəlirdi.
Bir gün yenə şəhərdən üç nəfər bu bağı görməyə gəlmişdi. Padşahnan bağı gəzdilər, dolandılar. Bağın qapısından eşiyə çıxanda, qonaqlardan biri bir ah çəkib dedi:
– Çox gözəl bağdı, amma heyf ki, Hazarandastan gülüynən Hazarandastan bülbülü bu bağda yoxdu.
İkinci qonaq bir ah çəkib dedi:
– Çox gözəl bağdı, amma heyif ki, Bili-Bilqeyis xanım burda deyil.

 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo