top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z

Qədim zamanlarda bir kişi olur. Onun da üç arvadı olur. Bu kişi yay vaxtı öz arvadlarını yaylağa apararmış. Bir dəfə yenə yay vaxtı arvadları yaylağa qoyub qayıdır ki, onlara yemək aparsın. Geri qayıdanda bir bulağın üstündə atdan düşür ki, su içsin. Bu vaxt arvad cildinə girmiş bir ilan kişiyə yalvarır ki, onu da özü ilə aparsın. Kişi razılaşır, arvadı özü ilə yaylağa aparır. Vaxt keçir, həmin arvaddan iki oğlu olur. Bir gün kişi bir dərvişdən üç dənə üzük alıb evə arvadlarına gətirir.

Həmin arvad deyir ki, ay kişi, bu qızıl deyil, çürükdü. Apar onu yiyəsinə qaytar. Kişi üzüyü dərvişə qaytarır. Dərviş soruşur ki, ay kişi, sən bunu haradan bildin? Kişi deyir ki, arvadım mənə dedi.

Cin

Bir gün babam atını minib şəhərdən kəndə gəlirmiş, atı inciməsin deyin elə qantarğanı buraxıb atı yavaş-yavaş sürürmüş, bir də baxır ki, axşam qarannığı düşür, kəndə hələ çox qalıb, atı nə qədər dəhmərriyir bərk sürə, görür yenə evə çatmayacaq. Bir də eşidir ki, qabaqdan səs-küy gəlir, çalmaq, oynamaq səsi də getdikcə artır. Babam fikirləşir ki, ay gidi, bura keyf məclisinə oxşayır, elə yaxşı oldu, gedərəm ora, heç olmasa məni yanlarına qoymasalar da, onların hiyəninə çəkilib bir kənarda yataram, sabah açılanda durub yola düşərəm. Elə kişi bu fikirnən gedirmiş, bir də görür ki, onu öz adıynan çağırırlar. Özözünə deyir: β€œBunlar kimdisə məni tanıyırlar”. Odu ki, ürəklənib onların yanına gedir. Görür ki, pəh, burda bir vurhavur var, bir hayküy var, elə bil qiyamət qopur. Bir tərəfdə dirədöymə1 oynayırlar. O biri tərəfdə çalmaq, oxumaq, yemək, içmək, bir vur çatlasındı ki, gəl görəsən.
Bunlar babamı görən kimi o saat tez onu ortaya alıb o qədər oynadırlar, güldürürlər ki, az qalır kişi özünnən gedə. Sonra da babamı oturdub, qabağına ət, şirni tökürlər, bir az da ciblərinə doldururlar ki, evinə aparsın.

Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kəs yoxudu. Bir kənddə bir ər-arvad varıdı. Bunlar çox kasıblıqnan ömürlərini sürürdülər.
Bir gün kişi arvadına dedi:
– Mən pul qazanmağa gedirəm, əgər geri döndüm, döndüm, yox öldüm, bu xəncərnən atımı, uşağım olanda ona verərsən, gəlib mənim qanımı alar.
Bu sözləri deyib kişi yola düşdü. Az getdi, çox getdi, gəlib çatdı bir meşəyə. Hava yavaş-yavaş qaranlıqlaşırdı. Kişi məəttəl qaldı, özözünə dedi:
– Ay Allah, indi mən neyləyim, başıma haranın külünü töküm. Gecənin bu vaxtında qurd-quş məni yesə, kim harayıma çatacaq! Axı mən niyə rahatca evdə oturduğum yerdə durub çöllərə düşdüm?
Kişi ora-bura baxıb gördü ki, uzaqdan bir işıq gəlir. Yenə özözünə dedi:
– Yaxşı oldu, bu gecəni orda keçirərəm, görüm sabah başıma nə gəlir?

Biri var idi, biri yox idi, günlərin bir günündə Hindistanda bir padşah var idi. Bu, çox zalım padşah idi. Özü də böyük tilsimkar idi. Dünyada padşah yox idi ki, bu Hind padşahından inciməyə. Bu padşahın Zərğova adlı bir gözəl qızı var idi. Belə ki, bu qız üçün hər tərəfdən elçi gəlib istəyirdilər, amma padşah qızı heç kimə vermirdi. Sənə xəbər verim Rum padşahının oğlundan. Rum padşahının oğlu Zərğova xanımın eşqindən dəli-divanə olmuşdu. Ancaq neçə kərə elçi göndərmişdisə də, padşah qızı Zərğovanı verməyib elçini qaytarmışdı. Axırda Rum padşahının oğlu qoşun çəkib dava eləmişdi, ancaq dava ilə də Zərğovanı ala bilməmişdi. Rum padşahının oğlu əlacsız qalıb, atasının var-yoxundan əl çəkib başlamışdı tilsim dərsi oxumağa. Nə ki, tilsim var idi öyrənəndən sonra qayıdıb gəlmişdi Hində, xəbər göndərmişdi Hind padşahına ki, Zərğova xanımı ver mənə! Verməsən, səninlə tilsim davası eləyəcəyəm. Ya gərək sən qalasan dünyada, ya da mən. Elə ki, bu xəbər gəlib çatdı, Hind padşahı baxıb gördü ki, bu çox tilsim dərsi oxuyub, bununla bacara bilməyəcək, çağırıb vəziri dedi:
– Vəzir, tədbir gör mənə! Rum padşahının oğlu Əhməd gəlib. Özü də tilsimin bütün açarlarını bilir. Əgər başlasam davaya gücüm çatmaz.

Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Ömrümdə çox şilaşı yemişəm, heç belə yalan deməmişəm. Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi. Var-yox bir padşah var idi. Bu padşahın heç uşağı olmazdı. Padşah çox-çox nəzirlər verdi, dualar yazdırdı, uşağı olmadı ki, olmadı. Bir gün padşahın qapısına bir dərviş gəlib, bir qəsidə dedi. Padşah ona xələt verdi. Dərviş gördü ki, padşah çox fikirlidi, dedi:
– Ey padşah, niyə belə fikirlisən?
Padşah dedi:
– Baba dərviş, mənim hələ bu yaşıma qədər heç uşağım olmayıb. Bilmirəm mən öləndən sonra bu dövlət kimə qalacaq. Mənim yerimdə kim oturacaq.

Biri varmış, biri yox imiş, bir qoca qarı var imiş. Bu qarının bir balaca oğlu var imiş. Bu uşaq o qədər balaca imiş ki, buna Cırtdan diyərlərmiş. Bir gün Cırtdan gördü ki, qonşuların uşaqları meşəyə oduna gedirlər. Gəlib anasına deyir, ay ana, uşaqlar ilə mən də oduna gedəcəyəm.
Qarı uşaqları çağırıb hər birinə bir parça yağ yaxması verib, Cırtdanı onlara tapşırdı.
Uşaqlar meşəyə gedib odun topladıqdan sora görürlər ki, Cırtdan odun toplamayır, ona deyirlər:
– A Cırtdan, sən niyə odun toplamayırsan?
Cırtdan cavab verir:
– Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu toplayasınız.
Uşaqlar bunun da odununu toplayırlar və sora hər kəs öz odununu yükləyib yola düşmək istəyəndə gördülər ki, Cırtdan oturub baxır.
Buna deyirlər:
– A Cırtdan, sən niyə odununu yükləməyirsən?
Cırtdan cavab verdi:
– Anam sizə yağ yaxması verdi ki, mənim də odunumu gətirəsiniz.
Uşaqlar əlacsız qalıb bunun da odunun gətirirlər. Bir az yol getdikdən sora görürlər ki, Cırtdan geridə qalıb ağlayır. Buna deyirlər:
– A Cırtdan, niyə ağlayırsan?

Biri vardı, biri yoxdu, Allahdan başqa heç kim yoxdu. Bir gün Cikcik xanım qara tikan çəpərinin üstə qonub çik-çik edə-edə bu tikandan o biri tikana, o tikandan bu tikana atılıb oynuyurdu. Qoca qarı da qapıda təndir odlayırdı. Birdən Cik-cik xanımın ayağına bir tikan batdı. Cik-cik xanım başladı ağlamağa. Qarı nənə dedi:
– Ay Cik-cik xanım, niyə ağlayırsan?
Cik-cik xanım cavab verdi ki:
– Ay qarı nənə, ayağıma tikan batıb, gəl bunu çıxart.
Qarı gəlib sərçənin ayağının tikanın çıxardıb atdı təndirə. Bir az keçəndən sora Cik-cik xanım bir o yana-bir bu yana uçub dedi:
– Qarı nənə, mənim tikanımı ver özümə.
Qarı nənə cavab verdi:
– Hardan alım? Atdım təndirə, yandı.

 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo